Türkiyənin istehsal etdiyi müdafiə sistemi “Akkor Pulat”dan ilk dəfə istifadə ediləcək

ASELSAN və TÜBİTAK SAGE tərəfindən buraxılan “Akkor Pulat” fəal müdafiə sistemindən ilk dəfə istifadə olunacaq.

923085
Türkiyənin istehsal etdiyi müdafiə sistemi “Akkor Pulat”dan ilk dəfə istifadə ediləcək

Müdafiə Sənayesinin məsləhətçisi İsmayıl Dəmir özünün “twitter” səhifəsində ASELSAN və TÜBİTAK SAGE (Türkiyənin Elmi və Texniki Araşdırmalar və İntişaf Etdirmə Komitəsi) tərəfindən buraxılan “Akkor Pulat” fəal müdafiə sisteminin sınaqdan uğurla keçdiyini açıqlayıb.

Müdafiə sisteminin Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün başlatdığı “Zeytun budağı” əməliyyatında vəzifədə olan tanklara qısa müddət ərzində quraşdırılacağını bildirən Dəmir deyib ki, sistem müharibə yərində istifadə olunan ilk fəal müdafiə sistemi olacaq. Bu prosesdə intensiv şəkildə işləyən ASELSAN və TÜBİTAK SAGE əməkdaşlarını təbrik edirəm.



Әlaqәli Xәbәrlәr