15 dəqiqəyə xərçəng diaqnozu qoyan aparat

Belçikada 15 dəqiqəyə xərçəng diaqnozu qoyan elektron daşıyıcı - çip ixtira edilib.

920212
15 dəqiqəyə xərçəng diaqnozu qoyan aparat

Belçikada 15 dəqiqəyə xərçəng diaqnozu qoyan elektron daşıyıcı - çip ixtira edilib.

İngilis dilində dərc olunan “Flander Today” qəzetində yer tutan xəbərə görə, Leuven Nanotexnologiya Araşdırma Mərkəzində 4 illik araşdırma nəticəsində ixtirak edilən elektron daşıyıcı insanda xərçəng hüceyrəsi olub olmadığını 15 dəqiqəyə sadəcə qan analizi ilə ortaya çıxara bilir.

İnsandan götürülən qan nümunəsilə analiz şüşəsi yerləşdirilən elektron daşıyıcı çox kiçik digital kamera vəzifəsini yerinə yetirərək bir neçə dəqiqəyə hər hüceyrənin şəklini çəkir.  

Bu şəkillərin bilgisayarda analitik alqoritm ilə analiz edilməsi nəticəsində hüceyrədə xərçəngin olub olmadığı müəyyən edilir.

Araşdırma qrupuna nəzarət edən Liesbet Lagae elektron dayışıcını test edib və müsbət nəticələrə nail olub.

Lagae xerçengin erkən diaqnozunun önəmli olduğuna və bu mümkün olduğu zaman müsbət nəticənin əldə edilməsinin də mümkün olduğuna diqqət çəkib.  



Әlaqәli Xәbәrlәr