Yaponiya barmaq izlərinin skan edilməsinin yeni texnologiyasını hazırlayıb

“Japan Display Inc.” şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib.

911635
Yaponiya barmaq izlərinin skan edilməsinin yeni texnologiyasını hazırlayıb

Bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək.

Məlumata görə, “Pixel Eyes” adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.

Qeyd edilib ki, yeni texnologiya Çinin “Vivo” şirkətinin “Synaptics” texnologiyasından fərqlənir. İkinci variant sadəcə ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. 

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr