"Özünüzə güvənmək üçün bunları bilməlisiniz", B.Özsoy

Türkiyəli alim, dosent Burcu Özsoy Antarktidada ay-ulduzlu bayrağı dalğalandıran araşdırma qrupunun liderliyini üzərinə götürərək apardığı işlərlə həm Türkiyə, həm də qadınların qüruru oldu.

908136
"Özünüzə güvənmək üçün bunları bilməlisiniz", B.Özsoy

   B.Özsoy deyir: “Buzulların kəşfi" adlanan II Milli Antarktika Elm Yürüşü qrupunda 4-ü qadın olmaq la 27 alim iştirak edir. 2018-ci ildə 10 alim qadın qitədə araşdırma aparacaq. Antarktida araşdırmalarında məqsəd dünya elmi-ədəbiyyatına töhfə verməkdir. Türkiyənin də niyyəti alim və elmi nailiyyətlərini göstərmək, gənc alimlər, qadın tədqiqatçılar yetişdirməkdir. Gənclərə, xüsusilə, qadınlara demək istəyirəm ki, çox oxuyun, özünüzə güvənin, ünsiyyətcil olun, səhv etməkdən qorxmayın, bacardığınız qədər xarici dil qazanın, akademik nəşrlərdən öyrənin, dünya tarixinə hakim olun. Oxuduqca və öyrəndikcə, digər millətlərlə məsələləri müzakirə edə, hətta zəruri hallarda fikirlərinizi əsaslandırmaq üçün güclü mənbələrə istinad edin. Özünə güvənən bilikli gənclərə ehtiyacımız var".  



Әlaqәli Xәbәrlәr