Dünyanın ən güclü raketi -"Falcon Heavy" kosmosa buraxıldı

ABŞ-ın  kosmik gəmi və raket istehsalçısı "Space X" dünyanın ən güclü raketi "Falcon Heavy"ni kosmosa buraxdı.

905074
Dünyanın ən güclü raketi -"Falcon Heavy" kosmosa buraxıldı

ABŞ-ın  kosmik gəmi və raket istehsalçısı "Space X" dünyanın ən güclü raketi "Falcon Heavy"ni kosmosa buraxdı.
 
 "Space X" in qurucusu, milyarder iş adamı Elon Muska aid raket Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmosa buraxıldı.
 
 "Heavy Falcon" raketinə Tesla istehsalı elektrik mühərrikli  idman avtomobili yerləşdirildi. Qırmızı "Roadster"in sürücü qoltuğuna da kosmonavt qiyafəti geyindirilmiş müqəvva oturduldu.
 
 Marsa doğru uçan "Falcon Heavy" buraxıldıqdan qısa bir müddət sonra kapsuldan ayrılan iki raket Yer kürəsinə qayıtdı, üçüncüsünün  isə Atlantik Okeanın sularına enməsi gözlənilir. 

Yer kürəsinə dönən raketlərdən yenidən istifadə ediləcək.
 
 "Heavy Falcon" raketi NASA tərəfindən 45 il əvvəl aya göndərilən ilk insanlı uçuşda istifadə edilən raketdən sonra özəl  şirkət tərəfindən kosmosa buraxılan ən güclü raketdir.
 
 Təxminən yüz min nəfər "SpaceX"-ə aid dünyanın ən güclü raketinin kosmosa buraxılma anını izləmək üçün bölgəyə axın etdi, milyonlarla insan raketin yüksəlişini canlı efirlərdən izlədi.
 
 Kapsulun  yüzlərlə, hətta milyonlarla il günəş ətrafında dövr etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr