Türk alim 3D orqan modelləri inkişaf etdiriblər

Türk alimlər, real orqanların radioloji görüntülərindən istifadə edərək 3D orqan modelləri inkişaf etdiriblər.

899307
Türk alim 3D orqan modelləri inkişaf etdiriblər

Türk həkimlər, 3D orqan modellərin inkişafına dair təcrübələrini yerli və xarici həkimlərlə bölüşürlər.

Hacettepe Universiteti (HU) Tibb Fakültesi müəllimi Doç. Dr. Emre Hurinin məlumatına görə Avropa İttifaqı Erasmus Plus Proqramı çərçivəsində, "Cərrahiyyə tədbiqləri çərçivəsində 3D ilə çıxarılan orqanlar və Digər Virtual Gerçəklik üsullarının istifadə edildiyi Təhsil Layihəsi (MedTRain3D Mod Sim) həyata keçirilib.

Dos. Dr. Hurinin Koordinatorluq etdiyi layihə çərçivəsində ilk dəfə Türkiyədə keçirilən elmi təlim kursuna, Çexiya, İtaliya, Cənubi Koreya və Yunanıstandan həkimlər qatılıb.

Huri bildirib ki, Urologiya, ginekologiya mütəxəssisləri, ümumi cərrahı, anatomiya mütəxəssisləri, kompüter, bio-tibbi mühəndislərdən ibarət bir qrupda, Türkiyəni 30 alim təmsil edir. Layihə çərçivəsində gerçək insan orqanları 3 ölçülü çap etmə cihazı ilə əldə edilir.

Layihə çərçivəsində ilki Türkiyədə reallaşdırılan təcrübə kursuna , 4 ölkədən təxminən 200 həkim və tələbə qatılıb.

Hurinin sözlərinə görə inkişaf etdirilən 3D modellər, Kadavra təhsilini də asanlaşdırır.



Әlaqәli Xәbәrlәr