Samsung Galaxy On7 Prime smartfonu hazırlanıb

"Galaxy On7 Prime" smartfonu nümayiş etdiriləcək.

891093
Samsung Galaxy On7 Prime smartfonu hazırlanıb

"Samsung" şirkəti Hindistanda keçiriləcək tədbirlə əlaqədar jurnalistlərə dəvət göndərib. Həmin gün "Galaxy On7 Prime" smartfonu nümayiş etdiriləcək.

Bundan əvvəl yayılmış məlumat sızmalarına görə, metal korpusla təchiz edilmiş "Samsung Galaxy On7 Prime" smartfonunda barmaq izləri skaneri "Home" düyməsinə inteqrasiya edilib. Sözügedən aparat "Full HD"  (1920x 1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, f/1.9 aperturalı 13 meqapiksellik ön və əsas kameralarla təchiz edilib.

Smartfon, həmçinin səkkiznüvəli "Exynos 7870" prosessoru, 3 və ya 4 QB-lıq əməli yaddaş, 32/64 QB-lıq daxili fləş yaddaşla (microSD formatlı kartın köməyi ilə daxili yaddaşı artırmaq mümkündür) təchiz edilib. 2 ədəd SİM kart dəstəklənir, "4G VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.1", "GPS" simsiz kommunikasiya vasitələri əlçatandır. Smartfon "Android 7.1.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az



Әlaqәli Xәbәrlәr