“Samsung” sürət qatarlarında istifadə etmək üçün smartfon yaradır

"Samsung" şirkəti kod adı olan "SM-G888N0" olan peşəkar smartfon istehsal edəcək.

876515
“Samsung” sürət qatarlarında istifadə etmək üçün smartfon yaradır

"Samsung" şirkəti kod adı olan "SM-G888N0" olan peşəkar smartfon istehsal edəcək.

Bu smartfon tez-tez ezamiyyətlərdə olan işgüzar insanlar üçün nəzərdə tutulub. Xüsusilə də yeni sürətli dəmir yolu xətlərindəki qatarlarda tez bir zamanda məlumatları almaq və göndərmək mümkün olacaq.

"Letsgodigital" saytının məlumatına görə, yeni cihaz "Samsung" və Cənubi Koreyanın KT telekommunikasiya şirkətinin mütəxəssisləri tərəfindən birgə tərtib edilib. Smartfon "LTE-Railway" modulları ilə təchiz edilib ki, onlar da cihazın normal fəaliyyətini və yüksək sürətli qatarlarda keyfiyyətli rabitəni təmin edəcək.

Milli.Az



Әlaqәli Xәbәrlәr