Britaniyada ilk dəfə robot və jurnalistin birgə materialları dərc edilib

Böyük Britaniyada insanın robotla birgə müəllifliyi ilə yazdığı ilk materialların dərcinə başlanılıb.

868497
Britaniyada ilk dəfə robot və jurnalistin birgə materialları dərc edilib

Böyük Britaniyada insanın robotla birgə müəllifliyi ilə yazdığı ilk materialların dərcinə başlanılıb. Tərəfdaşlıq ideyası “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinə məxsusdur.

“The Reporters and Data Robots” (RADAR) proqram təminatı hazırda müstəqil mükəmməl mətnlər yaza bilməsə də, məqalələrdəki statistik məlumatların hazırlanması ilə məşğul olur. Belə ki, yeni texnologiyalar vasitəsilə artıq 35 jurnalist robotla birgə müxtəlif tematikalı materiallar (məsələn, tənha anaların hekayəsi, mürəkkəb tibbi əməliyyatlar) hazırlaya bilib.

Jurnalist mətnlərinin yazılmasına yeni yanaşmanın təşəbbüskarları əmindirlər ki, kompüterlər bu işdə faydalı alət olmaqla, yazı hazırlayan insanlara diqqəti mətnin yaradıcılıq tələb edən hissəsinə yönəltməkdə, eləcə də vaxta qənaət etməkdə kömək göstərəcək. Lakin bir sıra Britaniya KİV-ləri robotlarla birgə müəllifliyə keçidə skeptik yanaşırlar. Bəzi jurnalistlərin fikrincə isə, yaxın gələcəkdə robotlar jurnalistikanın bütün incəliklərinə yiyələnərək, real insanları əvəzləyə biləcək. Bundan başqa, onların istirahət günlərinə və əməkhaqqına ehtiyacı yoxdur.

 

Mənbə: AZƏRTAC


Etiketlәr: #insan , #robot , #müəlliflik

Әlaqәli Xәbәrlәr