Yeni “Samsung W2018” smartfonu iki ekrana malikdir

Onlardan birini hətta smartfon bağlı olduqda da işlətmək mümkündür.

860228
Yeni “Samsung W2018” smartfonu iki ekrana malikdir

“Samsung” şirkətinin qapaqlı modeli “W2018” rəsmi olaraq Çində təqdim olunub.

 “Samsung W2018” iki ekrana malikdir. Onlardan birini hətta smartfon bağlı olduqda da işlətmək mümkündür. Qurğunun korpusu metaldan hazırlanıb, barmaq izi skanı isə arxa paneldəki kameranın yanında yerləşdirilib.

Smartfon 2 ədəd 4.2 inç-lik AMOLED ekranı (Gorilla Glass 5 qoruyucu şüşəli), 2.35 GHz tezlikli 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/256 giqabayt daxili yaddaş, f/1.5 diafraqmalı 12 meqapiksellik arxa və 5 meqapiksellik ön kamera, 2300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Şarj prosesi isə USB Type-C girişi vasitəsilə reallaşdırılır. Smartfon klaviaturasının yuxarı hissəsində, həmçinin göz qişası skanı da mövcuddur.

“W2018” modelinin qiyməti barədə hələ ki, məlumat verilmir.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr