Yuxuya nəzarət edən “ağıllı” üzük

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır.

856473
Yuxuya nəzarət edən “ağıllı” üzük

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. “Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə müntəzəm nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.

Qeyd edk ki,  cihaz yuxu ilə bağlı mümkün problemləri, o cümlədən apnoe xəstəliyini müəyyənləşdirməyə kömək edir. Bu xəstəlik zamanı insan yuxuda çətin nəfəs alır, xoruldayır və hətta boğula bilər.

Qurğu  “Bluetooth” texnologiyasının köməyilə smartfona qoşulur və yuxu barədə məlumatları mobil proqrama ötürür. 

 

Mənbə:AZƏRTAC 

 



Әlaqәli Xәbәrlәr