Türkiyədə ilk dəfə süni ürək nasosu istehsal olundu

Dünyada yalnız Amerika Birləşmiş Ştatları, Almaniya və Yaponiyada olan süni ürək nasosu 11 illik əmək nəticəsində Türkiyədə ilk dəfə istehsal edildi.

852615
Türkiyədə ilk dəfə süni ürək nasosu istehsal olundu

Dünyada yalnız Amerika Birləşmiş Ştatları, Almaniya və Yaponiyada olan süni ürək nasosu 11 illik əmək nəticəsində Türkiyədə ilk dəfə istehsal edildi.
 
 İstanbul Bahçeşehir Universiteti Tibb Fakültəsinin dekan müavini, Ürək və Damar Xəstəlikləri şöbəsinin müdiri, prof. Süha Küçükaksu Türkiyənin bu məsələdə dördüncü ölkə olacağını bildirdi.
 
 Süni ürək nasosu professor Küçükaksu, İstanbul Qoç Universitetinin Maşın Mühəndisliyi İstehsal və Avtomatika Araşdırma Mərkəzinin rəhbəri prof. İsmayıl Lazoğlu ilə birlikdə təxminən 20 nəfərlik qrupun iştirak etdiyi bir əməliyyatla bir donuzun ürəyinə  taxılaraq test edildi.
 
 Professor Küçükaksu:"Son 4 ildir ki, çox fəal çalışırdıq. Nasosun taxılaraq qan dövranını dəstəkləyə biləcəyini gördük. Təcrübə heyvanının çəkisi təxminən 90 kilo idi. Nasosun insanı rahatlıqla dəstəkləyəcəyini aşkar etdik. İki təcrübə də keçirəcəyik. Sonra da uzun müddətli testlərə keçəcəyik" dedi.
 
 Titaniumdan hazırlanan ürək nasosunun diametri 50 ml, çəkisi təxminən 250 qramdır.
 
17 saat enerji verən batareya və elektron nəzarət məntəqəsindən ibarət olan sistem dəqiqədə 8 litr (yetkin insanda 4.5-5 litr kifayətdir) qan ötürür.
 
 Süni ürək və dəstək sistemləri ürək nəqlini gözləyən ürək çatışmazlığı xəstələrini həyatda saxlayır.



Әlaqәli Xәbәrlәr