“iPhone X”la bağlı 2 problem

"iPhone X" smartfonlarında müşahidə olunan 2 problem həll edildi.

852502
“iPhone X”la bağlı 2 problem

"Apple" korporasiyası lokal proqram yenilənməsi (11.1.2) həyata keçirərək "iPhone X" smartfonlarında müşahidə olunan 2 problemi həll etdi.

Əsas yenilik bu olub ki, "iPhone X" ekranı bundan sonra 0 dərəcədən aşağı temperaturda donmayacaq. Bu, bir çox istifadəçinin əsas şikayəti idi. Qeyd edək ki, cihaz aşağı temperaturlu yerlərdə barmaq toxunuşlarına reaksiya vermirdi. Şirkətdən bildirilib ki, cihazın istismarının temperatur diapazonu 0-35 dərəcə arasındadır.  
 
Bundan əlavə "Live Photo" və video ilə bağlı təhrif verən qüsur da aradan qaldırılıb.



Әlaqәli Xәbәrlәr