Gün gələcək, texnologiya bəşəriyyəti məhv edəcək

Məşhur elm adamı Stephen Hawking bir gün texnologiyanın insanlardan daha üstün bir nöqtəyə gələrək onları aradan qaldıracağını bildirdi.

840150
Gün gələcək, texnologiya bəşəriyyəti məhv edəcək

Məşhur elm adamı Stephen Hawking bir gün texnologiyanın insanlardan daha üstün bir nöqtəyə gələrək onları aradan qaldıracağını bildirdi.

"Wire" elm-texnologiya jurnalına müsahibə verən Hawking:"Robot və kompüterlərin çox inkişaf etməsi nəticəsində bəşəriyyətin həyatı təhlükəyə girəcək. Əgər insanlar kompüter virusu hazırlasa, süni intellekt bunu ortadan qaldıra biləcək" dedi.
 
Hawking texnikanın bir müddət sonra insanlardan daha fəal olacağını və dünyanı idarə edəcək bir mövqe əldə edəcəyini bildirərək:" İnsanlıq təcili olaraq yaşaya biləcəyi bir planet taparaq oraya köçməlidir Çünki artıq geri dönülməz bir nöqtəyə gəlmişik. Dünyanın əhalisi sürətlə artır, dünyamız isə çox kiçikdir" ifadələrini işlətdi.
 



Әlaqәli Xәbәrlәr