İnsanlar yaxın gələcəkdə Mars və Ayda yaşaya biləcəklər

Avropa Astronomiya Birliyi (EAS)-nın yaydığı məlumata görə İtaliyadakı Padova və Boloqna Universiteti alimləri Ayda və Marsda bəşəriyyət üçün optimal yerləşmə məntəqələri tapıblar.

816137
İnsanlar yaxın gələcəkdə Mars və Ayda yaşaya biləcəklər

İddiaya əsasən, insanlar planetin üst qatındakı mağaralara diqqət yetirməlidirlər. Bu mağaralar şüalanma və mikro meteoritlərdən qorunmaq üçün əla vasitədir.

Mütəxəssislər kosmik cisimlərin rəqəmsal relyef modellərini öyrəniblər. Bu barədə avropalı astrofiziklərin internet səhifəsində məlumat var. Lava kanalları lava axınının soyuması nəticəsində yaranır. Lavanın üst qatı tez soyuyur. Nəticədə isə möhkəm monolit qabıq yaranır. Daxilindəki maye lava isə bir müddət sonra axıb gedir və tunel yaranır. Belə tunellərin uzunluğu bəzən 65 kilometrə çatır.



Әlaqәli Xәbәrlәr