Arxeoloqlar Antalyada 2 min il əvvələ aid dükanlar aşkar etdilər

Antalyanın Serik qəsəbəsindəki Aspendos Antik Şəhərinə aid qazıntılarda 2 min il bundan əvvələ aid dükan və anbarlar aşkar olundu.

797631
Arxeoloqlar Antalyada 2 min il əvvələ aid dükanlar aşkar etdilər

Antalyanın Serik qəsəbəsindəki Aspendos Antik Şəhərinə aid qazıntılarda 2 min il bundan əvvələ aid dükan və anbarlar aşkar olundu.
 
Turistlərin maraq obyekti olan tarixi tikililər arasında  antik teatrın da olduğu Aspendos Antik Şəhəri və ətrafında davam edən qazıntılarda hər  gün yeni kəşflər edilir.
 
 İlk dəfə 2008-ci ildə  başlayan, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə 2014-cü il mövsümündən etibarən icazəli qazıntılara çevirilən araşdırmalar Hacəttəpə Universiteti Arxeologiya Kafedrasının müəllimi, dosent Vəli Kösenin rəhbərliyi ilə davam etdirilir.
 
 Köse tapılan 2 min illik dükan və başqa tikililərin əhəmiyyətini vurğulayaraq:"Bu dükanlarda qiymətli malların satıldığını, və ya toplandığını, hətta bəzilərinin ofis kimi istifadə edilmiş ola biləcəyini düşünürük" dedi.



Әlaqәli Xәbәrlәr