"Florense" asteroidi Yer kürəsinə 7 milyon kilometr yaxınlıqdan ötüb keçəcək

Astronomlar böyük bir asteroidin sentyabrın 1-də Yer kürəsinə yaxın məsafədən təhlükəsiz şəkildə keçəcəyini bildirdilər.

792803
"Florense" asteroidi Yer kürəsinə 7 milyon kilometr yaxınlıqdan ötüb keçəcək

Astronomlar böyük bir asteroidin sentyabrın 1-də Yer kürəsinə yaxın məsafədən təhlükəsiz şəkildə keçəcəyini bildirdilər.
 
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi- NASA-dan verilən məlumatda 4,4 kilometr uzunluğundakı "Florense"  adlı asteroidin Yer kürəsinə 7 milyon kilometr yaxınlıqdan ötüb keçəcəyi bildirdi.
 
 NASA internet saytına asteroidin keçidini əks etdirən GIF də yerləşdirdi.
 
 NASA-nın Yer Kürəsinə Yaxın Göy Cisimlərini Araşdırma Mərkəzinin (CNEOS) rəhbəri Paul Chodas daha əvvəllər də Yer kürəsinə yaxın məsafədən ötüb keçən asteroidlərin müşahidə edildiyini, lakin "Florence"in  bu günə qədər Yür kürəsinə bu qədər yaxınlaşa bilən ən böyük asteroid olacağını qeyd etdi.

 Yaxın keçid elm adamlarına asteroidi yer radarları vasitəsilə qeyd etmə imkanı verəcək.



Әlaqәli Xәbәrlәr