“WhatsApp”ın gündəlik auditoriyası 1 milyarda çatıb

Beləliklə, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir.

783528
“WhatsApp”ın gündəlik auditoriyası 1 milyarda çatıb

“WhatsApp” messencerinin gündəlik auditoriyası 1 milyarda çatıb. Beləliklə, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. İstifadəçilərin sutka ərzində göndərdikləri məlumatların sayı 55 milyard təşkil edir.

Statistik məlumata görə, hazırda messencerin aylıq auditoriyası 1,3 milyard nəfərə bərabərdir. 2016-cı ilin fevralında bu göstəricinin 1 milyard, gündəlik göndərilən məlumatların sayının 42 milyard olması barədə məlumat verilib.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr