Türkiyə - Yaponiya Elm və Texnologiya Universiteti açılır

Türkiyə - Yaponiya Cəmiyyətinin sədri professor Cəfər Təyyar Sadıklar iki ölkə arasında imzalanan müqaviləyə əsasən Türkiyə - Yapon Elm və Texnologiya Universitetinin qurulmasıyla bağlı mühüm irəliləyişlərin qeyd olunduğunu bildirib.

783787
Türkiyə - Yaponiya Elm və Texnologiya Universiteti açılır

  Türkiyə - Yaponiya Cəmiyyətinin sədri professor Cəfər Təyyar Sadıklar iki ölkə arasında imzalanan müqaviləyə əsasən Türkiyə - Yapon Elm və Texnologiya Universitetinin qurulmasıyla bağlı mühüm irəliləyişlərin qeyd olunduğunu bildirib: "Qurulacaq müştərək universitet texniki bir universitet olacaq. Yaponiyanın son texnoloji nailiyyətləri Türkiyədə də öyrəniləcək… Türkiyə - Yaponiya Universitetinin yaradılması üçün çoxdandır yol gedirik. Ancaq bu işi maliyyələşdirəcək türkiyəli sərmayədar vəfat edincə layihə tamamlanmadı… Əvvəlki Baş nazir və indiki dövlət başçımız Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri ilə danışdıqdan sonra hökumətlərarası müqavilə imzalandı. Universitetin harada qurulacağı kimi texniki imkanların da əks olunduğu razılaşma məclisdən də keçdi. Artıq universitetin hüquqi zəmini hazırdır, bundan sonrakı iş tamamlanma prosesidir. Bunu xüsusilə demək lazımdır ki, belə bir universitetə ​​ehtiyac var. Çünki yaponlar texniki sahədə çox yüksək səviyyədə və irəlidədirlər… Mən özüm 4 il Yaponiyada yaşamışam və yapon xalqının Türkiyəyə xoş münasibətini də yaxından hiss etmişəm.”

  Qeyd edək ki, Türkiyə ilə Yaponiya arasında 2016-cı ilin iyun ayında imzalanan müqavilə əsasında ictimai hüquqi Türkiyə - Yaponiya Elm və Texnologiya Universiteti ilə Türkiyə - Yaponiya Elm və Texnologiya Universiteti Cəmiyyəti qurulub (“Resmi Gazete” 24 iyun 2017).

  Türkiyə Təhsil Nazirliyindən verilən məlumata görə, İstanbulun Pendik rayonunda Sabiha Gökçen Hava limanı yaxınlığında, 1500 hektarlıq ərazidə qurulacaq universitetin tələbələri magistr və elmi işçi səviyyəsində olacaq. Universitetdə əsasən təməl texniki elmlər və ictimai-humanitar fakültələrin olması planlaşdırılır. Müəllimlər isə Türkiyə, Yaponiya və digər ölkələrin qabaqcıl alimləri olacaq.



Әlaqәli Xәbәrlәr