Videoyazı funksiyası olan eynəklər satışa çıxarıldı

"Amazon" onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb.

776914
Videoyazı funksiyası olan eynəklər satışa çıxarıldı

"Amazon" onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb.

"Snap's Spectacles" eynəkləri iki şüşəsində də video yazmaq imkanında olan unikal kamera ilə təchiz edilib.

Bu möcüzəvi texnikanı "Snap" şirkəti istehsal edir. Ötən payız bu eynəklər ictimaiyyətə təqdim edilib və o zamandan bəri onun ətrafında ajiotaj səngimir.

Eynəklər qeyri-müəyyən zamanda 30 saniyəlik videolar yazır və özləri nə zaman yazmaq lazım olduğunu seçirlər. Çəkilən materiallara sonradan öz smartfonunda baxmaq mümkündür.

Qeyd edək ki, "Amazon"da bu eynək 130 dollara satılır. Üç rəngdə - göy, qırmızı və qara rənglərdə əynək satın almaq olar.

Milli.Az


Etiketlәr: #Amazon , #eynək , #video

Әlaqәli Xәbәrlәr