Kİmyəvi silaha qarşı qoruyucu parça hazırlandı

Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.

773340
Kİmyəvi silaha qarşı qoruyucu parça hazırlandı

Kütləvi qırğın silahlarından oaln kimyəvi silaha qarşı uğurlu qoruyucu vasitə icad edilib.

Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.

Xüsusi qoruyucu parça katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət xüsusi metalorqanik birləşmələr (metal-organic frameworks, MOF) əsasında hazırlanıb.

Bu strukturlar kimyəvi silahların tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə parçalamaq və zərərsizləşdirmək bacarığına malikdir. Tozvari metalorqanik strukturlar əleyhqazların filtrları kimi də bəzi növ qazları udmaq qabiliyyətindədir. Sözügedən parça zəhərli maddəni 5 dəqiqə ərzində tamamilə neytrallaşdırır.

 

Mənbə: Trend İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr