"Viber"də yeni funksiyalar

Funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib.

764276
"Viber"də yeni funksiyalar

"Viber" messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yeniləməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib.

"Viber" messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə "Viber" messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıblar.

Tərtibatçılar "YouTube"un "Viber" messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıblar. "YouTube" çarxlarına istinadlar "Viber" istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən "Viber"də çatın pəncərəsində "YouTube"-da video axtara, göndərə və hətta izləyə bilərlər.

Bundan başqa, istifadəçilər, həmçinin "Spotify" xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər. Bəyəndiyiniz musiqini dərhal çatın pəncərəsində paylaşa bilərsiniz.

"Vice" xidməti ilə inteqrasiya nəticəsində indi "Viber" messencerində ən son xəbərlər əlçatan olacaq.

Həmçinin "Viber" istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. "Booking.com" servisi ilə inteqrasiya nəticəsində messencerdə otel haqda informasiyanı birgə səyahət etməyi planlaşdırdığınız şəxsə göndərmək mümkün olacaq.

Mənbə:Milli.Az



Әlaqәli Xәbәrlәr