Göz bəbəyinin nəzarəti ilə hərəkət edən təkərli kreslo

Türkiyənin Karabük Universitetində 4 tələbə hərəkət qabiliyyəti olmayan xəstə və əlillərin göz nəzarəti ilə istifadə edə biləcəyi təkərli kreslo dizayn etdi.

756062

Tələbələr qol və ayaqlarını hərəkət etdirilə bilməyən (iflic olmuş) və əlillərin istifadə edə bilməsi məqsədi ilə başlatdıqları layihə nəticəsində göz bəbəklərinin nəzarəti ilə irəli-geri, sağa-sola hərəkət etdirilə bilən və günəş enerjisi ilə elektirik yüklənə bilən təkərli kreslo diyazn etdilər.

Universitetdə vəzifəli müəllim Əhməd Raşid Kavsaoğlu Anadolu xəbər agentliyinin müxbirinə verdiyi açıqlamada tələbələrin çox gözəl bir layihəni həyata keçirdiklərinə diqqət çəkərək deyib ki, tələbələr sosial məsuliyyət düşüncəsi ilə sıradan çıxmış kreslonu dizayn edərək gözəl bir layihə ortaya qoydular.

Layihəni həyata keçirən tələbələr cihazın daha da inkişaf etdirilərək ticarət məqsədi ilə də təqdim edilə biləcəyini, nəticədə təkərli kreslonun gözündən başqa bir yerini hərəkət etdirə bilməyən xəstələr üçün nəzarət edilə biləcək hala gətiriləcəyini gördüklərini vurğulayıblar.

Әlaqәli Xәbәrlәr