Çin ilk kosmos teleskopunu orbitə göndərdi

“Şinhua” xəbər agentliyinin məlumatına görə, kosmos teleskopu ölkənin şimal-şərqindəki Qobi çölündəki Ciuçien Kosmos Mərkəzindən səmaya buraxılıb.

753110
Çin ilk kosmos teleskopunu orbitə göndərdi

  “Uzun gediş” (Çangcıng) 4 B raketiylə dünyadan 550 kilometr uzaqlıqdakı orbitinə atılan 2,5 ton ağırlığındakı teleskop kosmosdakı qara dəliklər və dəyişmələri, qamma şüası partlayışı və maqnetik sahələri müşahidə etmək üçün göndərilib. Teleskop, eyni zamanda, “pulsar” adı verilən, titrəyən ulduzlar vasitəsilə kosmos vasitələrinin istiqamətlərini necə tapacağını araşdırmaq və qamma şüalarının yerin cazibə dalğalarına reaksiya verməsini də çəkəcək.



Әlaqәli Xәbәrlәr