Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir

Bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.

752400
Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir

 ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransdakı çıxışında onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30%-nin siqaret çəkənlər olduğunu bildirib.

Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb.
  
A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: "Biz özümüz tütün əleyhinə geniş kampaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq".

Mənbə: Milli.Az



Әlaqәli Xәbәrlәr