İnternetdəki fəallıq 2021-ci ildə üç qat artacaq

ABŞ-ın beynəlxalq şəbəkə texnologiyaları firması “Cisco” dünya daxilində internet fəallığının 2021-ci ildə üç qat artacağını açıqlayıb.

750990
İnternetdəki fəallıq 2021-ci ildə üç qat artacaq

ABŞ-ın beynəlxalq şəbəkə texnologiyaları firması “Cisco” dünya daxilində internet fəallığının 2021-ci ildə üç qat artacağını açıqlayıb.

“Cisco”nun "2017 Virtual Şəbəkə İndeksi" (VNI) adlı hesabatına görə, keçən il aylıq orta hesabla 73,1 exabyte olan dünya səviyyəsindəki internet fəallığının 2021-ci ldə 235,7 exabyte səviyyəsinə yüksələrək 3,2 qatına çıxacağı bildirilib.

Hesabatda keçən il adam başına düşən aylıq orta hesabla internet istifadəsinin 12,9 gigabit olduğu qeyd edilərək, bunun 2021-ci ildə 2,7 qatına çıxıb 35,5 gigabitə çatacağı vurğulanıb.

Hesabatda keçən il 27,5 Mbps olan internetin əlaqə sürətinin orta hebasla 1,9 qatına çıxaraq 2021-ci ildə 53 Mbps olması nəzərdə tutulub. Həmçinin internet istifadəçilərinin dünya əhalisi ilə müqayisədə isə həmin dövrdə 44 faizdən 58 faizə çatacağının güman edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr