İlk robot polis vəzifəsinə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində polis rəsmiləri şəhərdə işə başlayacaq ilk robot polisi ictimaiyyətə təqdim etdilər.

739110
İlk robot polis vəzifəsinə başlayır

 

Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyinin biri olan Dubayda polis rəsmiləri şəhərdə işə başlayacaq ilk robot polisi ictimaiyyətə təqdim etdilər.

Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turizm yerlərinə nəzarət edəcəklər.

Eyni zamanda, insanlar robotlara törədilən cinayətlər barədə məlumat verəcək , cərimə ödəyəcək və köksündəki ekrandan məlumat ala biləcəklər.

Robotlar polis tərəfindən toplanan məlumatları nəqliyyat işçilərinə ötürəcək.

Hökumət 2030-cu ilə qədər polis qüvvələrinin 25%-nin robotlaşdırılmasının planlaşdırıldığını bildirir.

Lakin rəsmilər robotların insanların yerini tutmayacağını da qeyd edirlər.

Dubay Polisinin Elektron Xidmətlər İdarəsinin rəisi Xalid Əl Razuki:"Polislərimizin yerlərini robotlar tutmayacaq. Lakin Dubayda yaşayanların sayı artır. Bu səbədən şəhərin təhlükkəsizliyini təmin etmələri üçün polis məmurlarının yerlərini dəyişdirəcəyik.Robotlarla 7 gün 24 saat xidmət göstərmək imkanımız olacaq" deyə danışdı.
 
 Robot hazırda yalnız ərəb və ingilis dillərində ünsiyyət qura bilir. Gələcəkdə isə rus, çin, fransız və ispan dillərində də danışması hədəflənir.

 



Әlaqәli Xәbәrlәr