Fransa alimləri itin döş xərçəngini yüz faiz dəqiqliklə müəyyən etdiyini söyləyirlər

Fransa alimləri itin döş xərçəngini yüz faiz dəqiqliklə müəyyən etdiyini söyləyirlər. İtin burnu 300 milyon reseptor hüceyrələrini hiss etmək qabiliyyətinə malikdir.

726370
Fransa alimləri itin döş xərçəngini yüz faiz dəqiqliklə müəyyən etdiyini söyləyirlər

Süd vəzində olan xərçəng hüceyrələrinin spesifik qoxusunu it yalnız burnu vasitəsilə hiss edə bilir. Həmin üsulun səmərəsi 31 analiz nümunəsinin təhlili zamanı öz təsdiqini tapıb. Nümunə kimi döş xərçənginə tutulan qadınların sinə sarğılarından istifadə olunub.

Alimlərin təklif etdiyi yeni üsulun üstünlüyü onun sadəliyində və ucuz başa gəlməyindədir. Müayinə üçün müasir mammoqrafiya avadanlıqları olmayan ölkələrdə həmin üsulun tətbiqi xüsusilə sərfəlidir.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr