Dəniz ilbizlərinin zəhərində Alsgeymer xəstəliyinin dərmanı aşkar edilib

Alimlər dəniz qarınayaqlı- konuslarının zəhərlərindən əldə olunan peptidlərin şəkərli diabetdən onkoloji xəstəliklərə qədər bir sıra ciddi problemlərin həllində kömək edəcəyi qənaətindədirlər.

724753
Dəniz ilbizlərinin zəhərində Alsgeymer xəstəliyinin dərmanı aşkar edilib

Melumata göre, bu qarınayaqlılardan əldə olunmuş zülallar əsasında artıq bir sıra dərmanlar istehsal olunur. Bu dərmanlara aludəçilik yaratmayan, morfindən daha güclü ağrıkəsici dərmanları ayırd etmək olar. Hələ ötən əsrin 60-cı illərindən araşdırılmasına başlanılan konusların zəhərlərinin ilk ultraqısa peptid-protrombin aşkar edilib. Qan laxtalanmasına cavabdeh bu peptidlər yalnız altı amin turşusundan ibarətdirlər.

Tədqiqatların həmmüəllifi Rahul Raceşin fikrincə əldə olunmuş konopeptidlər Alsgeymer, Parkinson, epilepsiya, şəkərli diabet, dağınıq skleroz və ürək-damar sistemi xəstəlikləri kimi bir sıra problemlərlə mübarizədə istifadə olunacaq. Bundan əlavə bu konopeptidlər qan laxtalanmasını stabilləşdirərək müxtəlif zədələr almış insanların həyatlarını xilas etməkdə də kömək edəcək.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr