“Ağıllı” eynək insanların görmə ilə bağlı problemlərini aradan qaldıracaq

Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir.

720707
“Ağıllı” eynək insanların görmə ilə bağlı problemlərini aradan qaldıracaq

Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir.

Əksər insanlarda bu qabiliyyətin tədricən itməsi nəticəsində gözün korreksiyası üçün eynək və ya kontakt linzaları kimi optik cihazlardan istifadə tələb olunur.

Adətən belə cihazlar yalnız bir problemi - yaxındangörməni (yaxında yerləşən əşyaları yaxşı, uzaqda olanları pis görmək) və ya uzaqdangörməni (həm uzağı, həm də yaxını pis görmək) aradan qaldırırlar. Bir neçə pozuntu birləşməsi baş verdikdə insan bahalı bifokal və trifokal linzaya ehtiyac duymağa başlayır.

ABŞ-ın Yuta Universitetinin alimlərinin təqdim etdiyi eynəyi isə görmə qabiliyyəti pozulan bütün insanlar taxa biləcək.

Qurğu müstəqil şəkildə diqqətin yönəldilməsini dəyişərək istənilən əşyanın dəqiq görünməsini təmin edir.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr