Samsung Galaxy Note 8-in ilk fotoları

Sentyabrda "iPhone 8" ilə birlikdə satışa çıxarılacaq "Samsung Galaxy Note 8" smartfonunun ilk fotoşəkilləri artıq təqdim olunub.

711678
Samsung Galaxy Note 8-in ilk fotoları

İnternetdə sentyabrda "iPhone 8" ilə birlikdə satışa çıxarılacaq "Samsung Galaxy Note 8" smartfonunun ilk fotoşəkilləri artıq təqdim olunub. Şəkillərdə xarici görünüşünə görə "Galaxy S8+" modelinə bənzəyən smartfonu görmək mümkündür. "Home" düyməsi ilə təchiz edilməyən qurğunun ekranı bütün ön səthi əhatə edir. Displey yan tərəflərə əyilib, ekran panelinin üstündə və altında yerləşən çərçivələrin ölçüsü isə daha da kiçildilib. Smartfonun yanında "S-Pen" elektron qələmi (stilus) yer alıb.

Martda internetdə eskiz və xüsusiyyətləri dərc olunan "Samsung Galaxy Note 8"-in "4K" təsvir ölçülü çərçivəsiz 6,4 düymlü ekran, yuxarı və aşağı hissədə iki səsgücləndirici ilə təchiz ediləcəyi açıqlanıb. Apratın aşağı tərəfində iki "USB-C" çıxışı, qulaqcıq üçün 3,5 mm-lik çıxış, eləcə də "S-Pen" qələmi üçün slot quraşdırılıb, yuxarı hissəsində  isə SİM kart və yaddaş kartı üçün çıxışın quraşdırılması gözlənilir.   

Qeyd edək ki, "Samsung" şirkəti öz-özünə alovlanmasına görə satışdan çıxarılan "Galaxy Note 7" smartfonlarının satışının bərpası ilə bağlı qərar qəbul edib. 



Әlaqәli Xәbәrlәr