Yer kürəsindən ilk insanın kainata ayaq basdığı gün

12 Aprel Ümumdünya Aviasiya və Kosmanavtika günüdür.

710669
Yer kürəsindən ilk insanın kainata ayaq basdığı gün
   1961-ci ilin 12 aprelində Baykonurdan «Vostok-1» («Şərq-1») raket-daşıyıcı kainata buraxıldı.

  Kosmik gəminin göyərtəsində isə insanlıq tarixində ilk dəfə olaraq bir kosmonavt – SSRİ HHQ-nin baş leytenantı Yuriy Qaqarin idi.

  Start anında Qaqarin məşhur «Poyexali» («Getdik») sözünü işlətdi ki, bu da  bütün kosmik dövrün yeni simvoluna çevrildi.

  108 dəqiqə orbitdə olan və Yer ətrafında dövrə vuran «Vostok-1» atmosferə daxil olmuş və Saratov əyalətində kolxoz sahəsinə enmişdi.

  Beləliklə, insan övladının kosmosu fəthi ilə eranın əsası qoyuldu.

  Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. K.Kərimovun da istehsalında iştirak etdiyi belə raketlərdən birinin köməkliyi ilə 1957-ci il oktyabrın 4-də dünyada ilk dəfə olaraq yerin süni peyk kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb

  Eyni zamanda, Kərim Kərimov kosmosa uçuş üzrə SSRİ dövlət komissiyasının sədri olub. Kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər.

 



Әlaqәli Xәbәrlәr