Yaxın günlərdə bazara yeni məhsullar çıxarılacaq

“Samsung-Türkiye”nin vitse-prezidenti Tansu Yeğen ötən il “Samsung” şirkətinin elektronika sektorundakı dövriyyəsinin 202 milyard dollar olduğunu bildirib.

698472
Yaxın günlərdə bazara yeni məhsullar çıxarılacaq

Türkiyənin Bursa şəhərində keçirilən Uludağ İqtisadiyyat Zirvəsində çıxışında “Samsung-Türkiye”nin vitse-prezidenti Tansu Yeğen ötən il “Samsung” şirkətinin elektronika sektorundakı dövriyyəsinin 202 milyard dollar olduğunu bildirib.

Televizor və mobil telefon istehsalı sahəsində ötən il də “Samsung”un dünyada birinci yeri tutduğunu qeyd edən Tansu Yeğen korporasiyanın elektronika sahəsindəki dövriyyə həcminin 202 milyard dollar təşkil etdiyini deyib. Yeğen araşdırma və inkişaf sahəsinə çox önəm verdiklərini, bu il o sahəyə 14 milyard dollar ayırdıqlarını da söyləyib. 

T. Yeğen mobil telefonlardan daha geniş məqsədlərlə istifadə edilməsi üçün yaxın günlərdə bazara yeni məhsullar çıxaracaqlarını ifadə edib. 



Әlaqәli Xәbәrlәr