Qədim dövrdən bu günədək istifadə edilən mumiya

Mumiya qara-qəhvəyi rəngdə olan elastik, parıltılı və çox qiymətli təbii müalicəvi xüsusiyyətlərə malik maddədir.

691126
Qədim dövrdən bu günədək istifadə edilən mumiya

Mumiya qara-qəhvəyi rəngdə olan elastik, parıltılı və çox qiymətli təbii müalicəvi xüsusiyyətlərə malik maddədir və onu əsasən Hindistan, Tibet və Risiyada Altay dağlarından yığırlar. Spesifik iyi və acı dadı var. Mumiya suda tam həll olur və su qəhvəyi rəng alır. Qədim yunan filosofu və əczaçısı Aristotel onu bir sıra xəstəliklərin müalicəsində tətbiq edirdi. Məşhur alimin onu üzüm şirəsi ilə qarışdıraraq anadangəlmə karlığı, kafurla (kamfora) birləşdirərək burun qanaxmasını, balla qarışdıraraq pəltəkliyi müalicə etdiyi barədə məlumatlar var.

Əbu Əli İbn Sina da mumiyanın ecazkar müalicə vasitəsi olduğunu təsdiq edərək gül yağı, abqora, meyvə şirələri, mərci həlimi və müxtəlif bitkilərin yağı, şirəsi və həlimi ilə qarışdıraraq ciyər, orta qulağın irinli sümük sınması, üz sinirlərinin iflici, zəhərlənmə və sidik kisəsi xəstəliklərini müalicə etmişdir. Mumiya həmçinin əsəb sistemi, ürək-damar, nəfəs yolları, mədə-bağırsaq və digər xəstəliklərin müalicəsində əvəzolunmaz dərman vasitəsi sayılır. Onun köməyi ilə maddələr mübadiləsinin pozulması, baş ağrısı, iflic və sümük xəstəliklərini sağaltmaq mümkündür. Olduqca mürəkkəb tərkibə malik olan mumiiya qədim dövrdən indiyə qədər loğmanların istifadə etdiyi əsas şəfa mənbələrindən biridir.

Vərəmin müalicəsində 4 qram mumiya 20 xörək qaşığı qaynar sida həll olunur, 1 xörək qaşığı balla qarışdırılaraq səhər acqarına yarım stəkan isti südlə içilir.

Qaraciyər sirrozunda 2 qram mumiya 10 xörək qaşığı qaynar suda əridilir, səhər acqarına və axşam yeməkdən 3 saat sonra 1 xörək qaşığı süd, bal və ya çayla içilir. Onu müəyən fasilədən sonra təkrar etmək olar.

Radikulitin müalicəsində 2 qram mumiya 1 qram tibbi kükürdlə qarışdırılır və üstünə 5 damcı su əlavə edilərək axşamlar ağrıyan nahiyəyə sürtülür və islatma qoyulur, sonra yun parça ilə sarınır, səhər ağrı tamamilə çəkilir.

Orta qulağın xəstəliyində bir qədər mumiya suda əridilir, pambıq batırılaraq isladılır və qulağa qoyulur.

 

mənbə:azertag.az


Etiketlәr: #mumya

Әlaqәli Xәbәrlәr