Bu şirkәt insanabənzər robot yaradacaq

Cənubi Koreyanın “Samsung” şirkəti insanabənzər robotun yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.

686587
Bu şirkәt  insanabənzər robot  yaradacaq

Cənubi Koreyanın “Samsung” şirkəti insanabənzər robotun yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.

AZƏRTAC-ın mәlumatına görә,  müraciətdə insan kimi addımlamağı bacaran insanabənzər robot təsvir edilib.

Sənəd barədə məlumat internetdə bu yaxınlarda yayılsa da, şirkətin büroya ərizəsi 2011-ci ildə daxil olub. Sənədə görə, “Samsung” insanın yerişini tam imitasiya edən, kök hüceyrəsinə cavabdeh xüsusi sistem sayəsində nəfəsi təkrarlayan robot ərsəyə gətirəcək. Robot hərəkət zamanı adi yerimə sürətinə nail olmaq üçün marşrutu təhlil edəcək.

Qeyd olunur ki, A nöqtəsindən B nöqtəsinə çatmaq üçün “Samsung” robotu öz ağırlıq mərkəzini bölüşdürməklə hündürlüyə qalxma və ya dağdan aşağı enmə zamanı şaquli vəziyyəti saxlamaqla yolu bir neçə hissəyə ayıracaq. Qeyri-adi robotun hansı sahədə tətbiq ediləcəyi barədə məlumat verilmir.



Әlaqәli Xәbәrlәr