Antarktidada olan Türkiyənin elmi-tədqiqat qrupundan ilk xəbər gəldi

Antarktidada qurulacaq Türkiyə Elmi Tədqiqat Bazası ilə bağlı ilkin  kəşfiyyat üçün bölgəyə gedən elmi-tədqiqat qrupundan ilk xəbər gəldi.

684426
Antarktidada olan Türkiyənin elmi-tədqiqat qrupundan ilk xəbər gəldi

    Antarktidada yaradılacaq Türkiyə Elmi Tədqiqat Bazası ilə bağlı ilkin  kəşfiyyat üçün bölgəyə gedən elmi-tədqiqat qrupunun tərkibində olan Mərmərə Universitetinin müəllimi Bilal Eren sosial media hesabından: "Antarktidanı yeni  kəşf edirik. Halbuki Piri Rəis 1531-ci ildə  bütün sahillərin xəritəsini çəkmişdi" çümləsini paylaşdı.
 
Fevralın 24-də yola çıxan 9 nəfərlik elm-tədqiqt qrupu Antarktidaya çataraq səfər ortağı Ukraynaya aid Vernadskiy Elmi-Tədqiqat Stansiyasına yerləşdi.
 
 Stansiyada Ukrayna ilə yanaşı Türk bayrağı da dalğalanmağa başladı.
 
 Türkiyə elmi-tədqiqat qrupu  Antarktidada qaldığı müddət ərzində iqlim dəyişikliyi, buzlaqlar, çirklənmə, bio-müxtəliflik, qoruma sahələri, dəniz məməliləri və nəbatat mövzuları ilə əlaqədar tədqiqatlar aparacaq.



Әlaqәli Xәbәrlәr