Dünyanın ən köhnə həyat izi aşkarlanıb

Kanadanın Quebec əyalətindəki Nuvvuagittuq Greenstone Belt qayalıqlarında, 3.8 milyard illik fosil bakteriya izləri təsbit edilib.

683155
Dünyanın ən köhnə həyat izi aşkarlanıb

Beynəlxalq bir elm heyəti tərəfindən dəmir nümunələrində təsbit edilənən fosillərin ən köhnə həyat izinə sahib olduğu güman edilir.

Qrupda iştirak edən Ottava Universiteti Yer və ekologiya Elmləri Fakultəsinin alimlərindən Jonathan O'Neill, Nuvvuagittuq Greenstone Belt qayalıqlarında aşkarlanan fosil bakteriyaların, 3.8-4.3 milyard yaşa sahib olduqlarını ifadə edərək: “Fosil bakteriyalar ən az 3.8 milyard yaşında. Bu da bilinən ən köhnə həyat izindən 100 milyon il daha əvvəli göstərir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr