Bionik orqan ürək nəqlinə son qoyacaq

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.

681177
Bionik orqan ürək nəqlinə son qoyacaq

Məlumata görə,  “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir.

Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi deyib: “Cihazın istifadəsinə gələn il başlanacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. Hazırda buna bənzər, sağlamlıq üçün müxtəlif təhlükələr yaradan cihazlardan istifadə edilir. Lakin “bionik ürək” isə tamamilə təhlükəsizdir və heç bir riski yoxdur”.

Stefan Vestabi diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub.

 

Mənbə: AZӘRTAC



Әlaqәli Xәbәrlәr