12 növ bakteriyaya qarşı təcili yeni dərman istehsal edilməlidir

ÜST terefinden hazırlanan siyahıda yeni antibiotiklərin hazırlanması üzrə tədbirlər təcililiyi baxımından üç kateqoriyaya bölünüb.

681455
12 növ bakteriyaya qarşı təcili yeni dərman istehsal edilməlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotikə davamlılıq göstərən və insanın sağlamlığına ciddi təhlükə təşkil edən 12 növ bakteriyaya qarşı yeni dərman istehsal edilməsi üçün ölkələri səfərbərliyə çağırıb.

ÜST terefinden hazırlanan siyahıda yeni antibiotiklərin hazırlanması üzrə tədbirlər təcililiyi baxımından üç kateqoriyaya bölünüb. Törədici mikroblara kritik, yüksək və orta təhlükə dərəcəsi verilib. Bu təsnifat alimlərə yeni preparatların yaradılması sahəsində tədqiqatların aparılması zamanı prioriteti müəyyən etmək imkanı verəcək.

ÜST-ün direktör müavini Mari-Pol Kieny mövzuya dair bəyanatında antibiotik davamlılığının artmaqda davam etdiyini bildirərək deyib ki, müalicə seçimlərimiz sürətlə bitir. Hərgah bu sahəni tamamilə bazarda rol götürənlərə buraxsaq çox təcili ehtiyacımız olan yeni antibiortiklər vaxtında istehsal edilə bilməyəcək.



Әlaqәli Xәbәrlәr