Çinin Henan əyalətində ilk robot-polis vəzifədə

Çinin Henan əyalətinin dəmir yolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

676114
Çinin Henan əyalətində   ilk robot-polis vəzifədə

Çinin Henan əyalətinin dəmir yolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

 Robot-polis artıq Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir. Təkərlər üzərində hərəkət edən robota sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.

Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində də çalışacaq.

 

mənbə:http://azertag.az


Etiketlәr: #robot-polis

Әlaqәli Xәbәrlәr