Yeni nəsil sürətli yaddaş yaradılıb

Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir.

673678
Yeni nəsil sürətli yaddaş yaradılıb

Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.

 Quyçjou Texnologiya İnstitutunun alimləri yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll edib və yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər.

Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır (“ReRAM”). “ReRAM” adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik “RAM” və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.



Әlaqәli Xәbәrlәr