Alyaskada buzun altında qədim piramidalar aşkar edildi

Geoloqlar dünyanın ən qədim tikilisini Alyaskaya piyada ekspedisiya zamanı tapıblar.

669772
Alyaskada buzun altında qədim piramidalar aşkar edildi

Alimlər Alyaskada  buz laylarının altında qədim piramidaların olduğunu aşkar etdilər.

 Geoloqlar dünyanın ən qədim tikilisini Alyaskaya piyada ekspedisiya zamanı tapıblar. Əsrlərlə buzun altında qalan əsrarəngiz tikili həcminə görə Qize kompleksindəki məşhur Misir piramidasından böyükdür.

Süxur nümunələrini tədqiq edən mütəxəssislər bildiriblər ki, Alyaskada aşkarlanmış “tapıntı” daşlardan ibarətdir. Bu da piramidaları hər hansı təbiət hadisəsi nəticəsində yaranmadığını göstərir. Daşlar səliqə ilə döşənib və bir-birinə möhkəm birləşdirilib.

Alimlər tikilini daha ətraflı öyrənmək niyyətindədirlər.

Qeyd edilir ki, Alyaskanın yerli xalqlarının folklor nümunələrində tikintidə cinlərin yaşaması barədə xatırlatma da var.



Әlaqәli Xәbәrlәr