Günəş sistemini yaradan zərrələrin sirri

Astronomlar Günəş sistemi planetlərini təşkil edən hissəciklərin soyumuş ulduzlardan qalan zərrələr olduğunu kəşf etdilər.

662655
Günəş sistemini yaradan zərrələrin sirri

 "Nature Astronomy" jurnalında dərc olunan tədqiqat işi  "qırmızı cırtdanlar" adlandırılan soyumuş, amma hələ də aşağı dərəcədə enerji yayan asemptomatik nəhəng ulduzlarda protonlar ilə hədsiz dərəcədə ağır bir oksigen izotopu olan Oksigen-17 arasındakı sintez reaksiyalarının güman ediləndən 2 dəfə çox olduğunu aşkar edib.
 
 Edinburq Universitetindən olan astronom Marialuisa Aliot: " Apardığımız tədqiqat ulduzlar içində baş verən nüvə reaksiyalarının düzgün ölçülməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi" dedi.
 
Asemptomatik nəhəng ulduzlar Günəşdən 6 dəfə böyük və minlərlə dəfə daha parlaqdırlar.
 
 Qocalan "qırmızı cırtdanlar"ın nüvələri genişlənir və xarici qatlarını kosmosa atırlar.
 
 Bu qatlar qaz və toz buluduna çevrilərək  yeni ulduzları və daha sonra planet olacaq gələcək göy cisimlərini yaradırlar.
 
 "Qırmızı cırtdanlar"dan qopan zərrələrin çox böyük bir hissəsi  planet formalaşması prosesində yox olur.



Әlaqәli Xәbәrlәr