Süni intellekt sistemləri yeni model

ABŞ-ın tədqiqatçıları süni intellekt sistemləri üçün yeni model hazırlayıblar.

659561
Süni intellekt sistemləri yeni model

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçılar qrupu süni intellekt sistemləri üçün orta insan səviyyəsini üstələyən yeni model hazırlayıblar. Bu model daha mürəkkəb sistemlərin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

Yeni hesablama modeli Ken Forbus laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış “CogSketch” süni intellekt sistemləri platformasına əsaslanıb. Bu platforma sadə eskizlər şəklində təqdim edilmiş vizual informasiyanı belə real əşya və hadisələrlə əlaqələndirməklə tanımaq qabiliyyətinə malikdir.

K.Forbus deyib: “Yeni süni intellekt sistemlərinin əksəriyyəti bizi əhatə edən aləmi tanıma və onu identifikasiya etməyə istiqamətlənib. Lakin tanıma və identifikasiya obyektlər əsaslandırıldıqda daha faydalıdır”. Buna görə də, süni intellekt sistemlərinin növbəti nəsli gördükləri barədə fikir irəli sürmək imkanına malik olmalıdır. Yalnız o zaman süni intellekt ən yüksək intellekt səviyyəsinə malik insanları geridə qoya biləcək.

mənbə:http://azertag.az/



Әlaqәli Xәbәrlәr