“WhatsApp”a gələn “Giphy” dəstəyi

“WhatsApp”-a gələn “Giphy” dəstəyi sayəsində artıq çox daha rahat formada GIF axtarış edilə biləcək və göndərilə biləcək.

649594
“WhatsApp”a gələn “Giphy” dəstəyi

“WhatsApp” daha əvvəldə istifadəçilərin bir birinə GIF göndərə bilməsi üçün fərqli imkanlar istifadəyə vermişdi. Bunlardan birincisi videoları GIF olaraq dəyişdirib göndərmə xususiyyəti idi. Sonra telefonlarda olan GIF-lər göndərilməyə başlanıldı. Daha sonra isə GIF tətbiqinə axtarış dəstəyi gəlmişdi.

Ancaq artıq “WhatsApp”ın Android versiyasını istifadə edənlər çox daha rahat bir formada GIF axtara biləcək və göndərə biləcəklər. Bu xüsusiyyəti ilə birlikdə "WhatApp"ın mətin qutusundaki emosiya işarəsinə toxundulduğu zaman alt tərəfdə emosiya və GIF arasında keçidə şərait yaranır. GIF ekranında isə ekranda görünən GIF-lər arasından seçim və ya bir açar söz ilə GIF axtarışı edilə bilər.

Qeyd edəki ki, “Whatsapp”dakı bu yeni GIF xüsusiyyəti “Giphy” tərəfindən dəstəklənir.



Әlaqәli Xәbәrlәr