İstilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirmə texnologiyası

ABŞ və Belçika tədqiqatçıları istilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirməyə imkan verən texnologiya təqdim ediblər.

640627
İstilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirmə  texnologiyası

ABŞ və Belçika tədqiqatçıları istilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirməyə imkan verən texnologiya təqdim ediblər.

 Texnologiya müəlliflərinin sözlərinə görə, belə qurğular istilik enerjisinin daxili yanma mühərriklərinin işi üçün əlavə məhsul olmasına görə çox faydalıdır. “Bizim istifadə etdiyimiz enerjinin təxminən yarısı istilik şəklində atmosferə keçir. Bərk termoelektriklər bu enerjinin bir hissəsini qaytara bilərlər. Hərəkətli hissələrə malik olmayan belə qurğular köhnəlmir və xidmətin göstərilməsini tələb etmirlər. Təəssüf ki, indi onlar çox bahadır və geniş yayılma üçün kifayət qədər effektiv deyil. Biz məhz bunu dəyişmək üzərində çalışırıq”, - tədqiqat müəlliflərindən biri Stiven Buna bildirib.

Alimlər son işlərində nazik platin lövhələri əvəzinə Zeebek effekti sayəsində əvvəllər olduğundan daha güclü - bir neçə nanovoltdan onlarla və yüzlərlə nanovoltadək cərəyan verən platinin çiləndiyi nikeldən istifadə ediblər. Bu, az da olsa, əksər adi cihazlar üçün böyükölçülü və daha güclü qurğu yaratmağa kömək edə bilər.

mənbə:ictnews.az

 


Etiketlәr: #İstilik enerjisi

Әlaqәli Xәbәrlәr