“Ağıllı” eynək

“Ağıllı” eynək beyin impulslarını hesablayacaq

639280
“Ağıllı” eynək

Dior”, “Fendi” və “Hugo Boss” kimi məşhur brendlər üçün çərçivələr yaradan “Safilo Group SpA” şirkəti özünü “ağıllı” eynəklər seqmentində sınamaq qərarına gəlib. Belə ki, İtaliya şirkəti növbəti ay internetə qoşulan eynək təqdim etməyə hazırlaşır. Klassik eynək görkəmində olacaq “Safilo” eynəkləri ötən il fəaliyyəti dayandırılan “Google Glass” layihəsindən fərqli olaraq kamera və displeylə təchiz edilməyəcək.  
 Yeni məhsul əvvəlcə məhdud funksiyalar dəstinə malik olacaq. Eynək beyin impulslarını qiymətləndirərək sonradan bu məlumatları smartfon və ya planşet proqramlarına göndərə biləcək. Əsas ideya insanlara əhval-ruhiyyəni izləməyə, rahatlanmanın və düşünməyin nə vaxt lazım olmasını bilməyə imkan verməkdən ibarətdir. Şirkətin baş icraçı direktoru Luiza Delqadonun sözlərinə görə, “ağıllı” eynəyə yeni funksiyalar sonradan əlavə ediləcək.

Məlumata görə, gündəlik istifadə üçün nəzərdə tutulan “Safilo” eynəklərinin növbəti ilin yazında şirkət üçün ən böyük bazar hesab edilən ABŞ-da internet vasitəsilə satışa çıxarılması planlaşdırılır. 
mənbə:ictnews.az



Әlaqәli Xәbәrlәr