“Facebook”da 360 dərəcə Live videolar görmək mümkün olacaq

“Facebook” video mövzusunda iddiasını davam etdirməkdədir. Artıq “Facebook”da 360 dərəcə Live videolar görmək mümkün olacaq.

629398
“Facebook”da 360 dərəcə Live videolar görmək mümkün olacaq

“Facebook” video mövzusunda iddiasını davam etdirməkdədir. Artıq “Facebook”da 360 dərəcə Live videolar görmək mümkün olacaq.

Hər keçən gün yeniliklər tətbiq edən “Facebook” rəqiblərindən geri qalmır. Buna görə də qısa müddət əvvəl Live video xidməti təqdim edən “Facebook” indi də bu xidmətinə 360 dərəcə videoları izləyə biləcəyiniz Live 360 xidmətini əlavə edib.

“Facebook” bu xidməti daha irəli daşımaq üçün “National Geographic” ilə əməkdaşlıq edir. Tanınmış sənədli film kanalı Live 360 üzərində Mars təcrübələrinin 360 dərəcə çəkilmiş videolarını yayımlayacaq.

Qeyd edək ki, “National Geographic” hal-hazırda Utahda qurulan xüsusi bir mərkəzdə Marsda yaşayacaq astronavtların yaşayış şəraitini test etmək üçün süni yaradılmış yerdə təcrübə prosesi həyata keçirir.

Xatırladaq ki, “Facebook”un yeni Live 360 videolarından hələ ki istifadə edilmir. Sosial media nəhəngi bu xüsusiyyəti ilk öncə bəzi səhifələrdə istifadəyə verəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr