“Google Translate”də böyük ölçülü mətnləri tərcümə edənlər üçün bəd

Bu servisdən mütəmadi olaraq istifadə edən istifadəçilər artıq mətnləri bir neçə hissəyə bölməli olacaqlar.

628749
“Google Translate”də böyük ölçülü mətnləri tərcümə edənlər üçün bəd

“Google Translate”də böyük ölçülü mətnləri tərcümə edənlər üçün bəd xəbər var.

Artıq servisdə tərcümə üçün hərf limiti qoyulub. Belə ki, tərcümə olunan mətndə hərflərin sayı 5000-i keçməməlidir. Limiti keçən zaman, tərcümə pəncərəsinin sağ aşağı hissəsində limitin keçilməsi haqqında qırmızı rəngdə xəbərdarlıq əks olunur. "

“Google”ın bu cür qərarının səbəbi məlum deyil. Şirkət bu barədə hətta heç bir açıqlama belə verməyib. Bu servisdən mütəmadi olaraq istifadə edən istifadəçilər artıq mətnləri bir neçə hissəyə bölməli olacaqlar. Bu da çox vaxt aparacaq. Vəziyyət belə olduqda istifadəçilər digər online tərcümə servislərinə müraciət etməlidirlər.



Әlaqәli Xәbәrlәr