Kəhrəbadan 99 milyon illik dinozavr fosili çıxdı

Fosilin təxminən 99 milyon il əvvələ - Mezozoy erasına aid olduğu müəyyən edilib.

626912
Kəhrəbadan 99 milyon illik dinozavr fosili çıxdı

Çində aparılan tədqiqatda kəhrəba daşında 99 milyon illik dinozavr quyruğunun fosili (daşlaşmış qalıq) tapıldı.
 
 Nəticələri Current Biology adlı jurnalda yayımlanan tədqiqatda Çin Yer Elmləri Universitetindən Şing Lidanın beynəlxalq tədqiqat qrupu ilə apardığı araşdırma zamanı ötən il Myanmadakı yerli bazarda aldığı kəhrəba daşının içində tüklü dinozavr quyruğunu tapdığı bildirilir.
 
Fosilin təxminən 99 milyon il əvvələ - Mezozoy erasına aid olduğu müəyyən edilib.
 
 3,85 santimetr uzunluğuna malik olan tüklü quyruq qalığını araşdıran tədqiqatçılar bu quyruğun sahibi olan dinozavrın 18,5 santimetr uzunluğunda olduğunu təxmin edirlər.



Әlaqәli Xәbәrlәr